Bakı-APA. Mübahisəli Kəşmir bölgəsində hərbçisinin öldürülməsinə etiraz əlaməti olaraq Pakistan Hindistanın İslamabaddakı səfirini XİN-ə çağıraraq ona etirazını bildirib.
Bir müddət öncə Pakistan ordusu hindli hərbçiləri pakistanlı əsgəri öldürməkdə günahlandırmışdı. Pakistan əsgərin hindlilər tərəfindən açılan atəş nəticəsində öldüyünü bildirmişdi.
Yanvarın 8-də Kəşmirdə baş vermiş atışma nəticəsində 2 hindli və 1 pakistanlı hərbçi həlak olub. Hindistan insidentə görə Pakistanı günahlandırıb.
Kəşmir bölgəsi 60 ildən çoxdur ki, iki dövlət arasında mübahisə predmetidir.