Bakı. Faiq Mahmudov – APA. Pakistanın ən böyük şəhərlərindən olan Karaçidə istilər nəticəsində 140-dan çox insan dünyasını dəyişib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, şəhərdə havanın hərarəti 44,8 dərəcəyə çatıb ki, bu da son 15 ildə rekord göstəricidir.
Ötən şənbə günündən davam edən isti hava şəraitinin yaxın bir neçə gün də davam edəcəyi bildirilir.