Bakı-APA. Pakistanın cənub-şərqindəki Kvetta şəhərində baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb. Hadisə nəticəsində 120 nəfərdən çox insan yaralanıb. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.
Daha əvvəl 57 nəfərin öldüyü bildirilirdi.
Polisin məlumatına görə, şəhərin bilyard klublarından birində bir neçə dəqiqə fasilə ilə iki partlayış baş verib. Hər iki partlayışı terrorçu-kamikadzelər həyata keçiriblər. Həlak olanlar arasında 9 polis nəfəri var.