Bakı. Könül Cəfərli-APA. ABŞ müdafiə naziri Leon Panetta Farz körfəzinə daha bir aviadaşıyıcı göndərməkdən vaz keçib. APA-nın məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Corc Litl açıqlama verib. O bildirib ki, L. Panetta Hərbi Dəniz Qüvvələrinin komandanlığında keçirdiyi iclasdan sonra belə bir qərar qəbul edib: “Yaxın günlərdə Fars körfəzinə göndərilməsi planlaşdırılan və bunun üçün təlimlər keçən “Harry S Truman” aviadaşıyıcısı ilə bağlı qərar dəyişib”.