Bakı. Məlahət Nəcəfova - APA. Misirdə baş vermiş inqilabın 2 illiyi ərəfəsində Qahirənin Təhrir meydanında aksiya keçirilib.
APA-nın Euronews-a istinadən verdiyi məlumata görə, radikal ruhlu gənclərin təşkil etdiyi aksiya zamanı nümayişçilər və polis arasında qarşıdurma yaşanıb.
Etirazçılar polisə daş və yandırıcı şüşələr atıblar. Nəticədə 5 polis xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Bu gün Qahirədə təhlükəsizlik tədbirləri gücləndirilib. Təhrir meydanında müxalifətçilərin yeni aksiyasının olacağı gözlənilir. Nümayişçilər iki il öncə olduğu kimi “Çörək, azadlıq, sosial ədalət” şüarları ilə çıxış edəcəklər.