Bank Of Baku

Qazaxıstan İranla nüvə müzakirələrinin aparılması üçün iki şəhər təklif edir

Qazaxıstan İranla nüvə müzakirələrinin aparılması üçün iki şəhər təklif edir
# 26 yanvar 2013 11:51 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Qazaxıstan İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələr üçün ev sahibliyi etməyə hazırdır”. APA-nın məlumatına görə, bu sözlər Qazaxıstanın xarici işlər naziri Erlan İdrisova məxsusdur. O bildirib ki, ölkəsi görüş yeri üçün iki şəhərini-Astana və Almatını təklif edir: “ Biz Tehranın nüvə probleminin həll edilməsi üçün yardım göstərməkdə maraqlıyır və bu barədə öz  mövqeyimizi bildirmişik. Qazaxıstan İranla “altılıq” ölkələri arasında danışıqların keçirilməsi üçün hər şəraiti yaratmağa hazırdır. Hərbi nüvə fəaliyyətindən imtina etməyin gətirdiyi imtiyazlar var. Ölkəmizin nümunəsində bu haqda danışmaq olar. Bizim əsas məqsədimiz İranın nüvə məsələsinin uyğun yolla həll edilməsidir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR