Qazaxıstanda qar uçqunu altında qalan 7 nəfərin meyiti tapılıb.
APA-nın “RİANovosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan DİN-in fövqəladə Hallar üzrə komitəsinin sədri Ruslan İmankulov deyib. R. İmankulovun sözlərinə görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, qar uçqunu ölkənin Jambıl vilayətinin Koksay dərəsində keçirilən hərbi təlimlər zamanı baş verib. Hərbi hissələrdən birinin hərbçiləri qarın altında qalıb.