Bank Of Baku

Qətər Yunanıstanın kiçik və orta biznesinin inkişafına 1 milyard avro sərmayə yatırır

Qətər Yunanıstanın kiçik və orta biznesinin inkişafına 1 milyard avro sərmayə yatırır
# 30 yanvar 2013 05:07 (UTC +04:00)

Bakı-APA. Qətər Yunanıstanda kiçik və orta biznesin inkişafına 1 milyard avro sərmayə yatıracaq. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, müvafiq razılaşma Yunanıstanın baş naziri Antonis Samarasın qətərli həmkarı şeyx Həmid ben Cfsim al Tani ilə danışıqlarında əldə olunub. Layihənin müddəti və dəqiq reallaşma sxemi hələlik müəyyən olunmayıb.   

 

Bu addımlar Afinaya ölkə iqtisadiyyatını qaldırmağa imkan verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Yunanıstanda son altı il ardıcıl olaraq dərin iqtisadi böhran yaşanmaqdadır.   

 

Yunanıstan hökumət başçısını Qətərə rəsmi səfəri zamanı yunan sahibkarları, ölkənin iqtisadi inkişaf naziri və müdafiə naziri müşayiət edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR