Bakı. Könül Cəfərli – APA. “İranın ABŞ-la birbaşa danışıqlar aparmasından söhbət gedə bilməz”. APA-nın “Radiofarda”ya istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.
O bildirib ki, ABŞ İrana qarşı keçmişdən yürütdüyü düşmən siyasətinə görə üzr istəməlidir: “İranın ABŞ-la bağlı siyasətini ali dini liderimiz ayətullah Əli Xamneyi müəyyən edir. Bizim xarici siyasətimizdə bu ölkə ilə birbaşa müzakirələrə yer yoxdur”.