Bank Of Baku

Ramin Mehmanpərəst: “Parçin obyekti hərbi poliqondur, nüvə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”

Ramin Mehmanpərəst: “Parçin obyekti hərbi poliqondur, nüvə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”
# 16 yanvar 2013 10:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Parçin obyekti hərbi poliqondur, nüvə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.

 

Onun sözlərinə görə, İran indiyədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ən çox əməkdaşlıq edən və Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşmasını (NPT) imzalayan ilk dövlətlərdən biridir.

 

Qeyd edək ki, AEBA icraçı direktorunun müavini Herman Nakerts jurnalistlərə açıqlamasında bildirmişdi ki, İran hökuməti agentliyin əməkdaşlarının Parçin obyektinə daxil olmasını təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR