APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst “əl-Minar” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyəyə səfəri zamanı bu ölkənin rəsmiləri ilə regional məsələləri də görüşüb: “Rəsmi Ankara Türkiyə ilə Suriya arasında hərbi qarşıdurma çıxa biləcəyinə, belə bir sistemin də Dəməşqin raket hücumuna qarşı istifadə edilməsi üçün ölkə ərazisinə yerləşdirilməsi lazım olduğuna inanırlar. Ancaq biz hesab edirik ki, Qərb ölkələri və NATO İsrailin İrana qarşı hərbi müdaxilə etməsi və Tehranın da buna qarşılıq verməsi ehtimalına görə “Patriot” raketlərinin Tel-Əvivə dəstək olması üçün sistemi Türkiyə torpaqlarına yerləşdirir”.
R. Mehmanpərəst əlavə edib ki, Türkiyə qəti şəkildə İrana qarşı hansısa bir hərbi əməliyyata qatılmayacaq və öz hava sahəsinin də Tehran əleyhinə istifadə olunmasına icazə verməyəcək: “Ancaq bununla belə, İran “Patriot” raketlərinə nəzarət mexanizminin Türkiyənin deyil, NATO-nun əlində olduğuna və Qərb ölkələrinin də bu sistemlə bağlı idarəçiliyi tamamilə öz səlahiyyətlərində saxladıqlarına inanır”.