APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, H.Rəfsəncani ölkədə dərman çatışmazlığından narahat olduğunu və bu vəziyyətin sanksiyalardan qaynaqlanmasından xəbərdar olduğunu bildirib: “Xəstələrin vəziyyəti, onların ailələrinin narahatlığı və xəstəliklərindən əlavə dərman əldə etmələrinin problemə çevrilməsi bizi də incidir”.
İranın eks-prezidenti ölkəyə dərman preparatları və xammalın idxalı üçün problemə çevrilmiş sanksiyalara da toxunub: “İnsan haqları müdafiəçiləri bəzi radikal qüvvələrin çıxışlarına və mövqeyinə söykənərək xalqın, xüsusilə xəstələrin əziyyət çəkməsinə səbəb olurlar. Bu isə heç bir humanizm prinsipinə uyğun deyil”.
H.Rəfsəncani İranın yeni prezidenti Həsən Ruhaninin vəzifəsinin icrasına başlayandan sonra ölkədəki dərman çatışmazlığının gələn ilədək aradan qaldıracağına ümid etdiyini vurğulayıb.