Bakı. Könül Cəfərli – APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi ilə bağlı ittihamnamə hazırdır. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, ittihamnamə 125 səhifədən ibarətdir və Mehdi Haşimiyə qarşı 12 ittiham irəli sürülüb. A. Dövlətəbadi işin yaxın günlərdə məhkəməyə təqdim ediləcəyini deyib.
Qeyd edək ki, M. Haşimi 2012-ci ilin sentyabrın 24-nə keçən gecə 3 illik mühacirət həyatından sonra Böyük Britaniyadan İrana qayıdarkən həbs olunub. Tehranın Evin həbsxanasında üç ay saxlanılan M. Haşimi istintaq başa çatdıqdan sonra ötən il dekabrın 16-da girov müqabilində azadlığa buraxılıb.