Bakı. Türbət Bağırova - APA. ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın səfirləri Rusiya hərbi təyyarəsinin Türkiyə-Suriya sərhədində qəzaya uğramasından sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə rəsmilərindən biri bildirib.
Qeyd edək ki, Türkiyə Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsini vurub.
Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.