Bank Of Baku

Rusiyanın daxili işlər naziri İrana səfər edəcək

Rusiyanın daxili işlər naziri İrana səfər edəcək
# 21 yanvar 2013 06:35 (UTC +04:00)

Səfər İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın dəvəti əsasında ba. tutacaq.

 

V. Kolokoltsev səfər çərçivəsində İran rəsmiləri ilə ikitərəfli, regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparacaq. Görüşlərdə, həmçinin iki ölkə arasında təhlükəsizlik, sərhəd məsələləri ilə bağlı əvvəllər imzalanmış əməkdaşlıq müqavilələrinin həyata keçirilməsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq. Bundan əlavə, iki ölkənin hüquq-mühafizə orqanlarının təhsil və əməliyyat sahəsində əməkdaşlıq etməsi məsələsi ilə bağlı da fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, İranda 1979-cu il İslam inqilabından sonra Rusiyanın daxili işlər naziri bu ölkəyə ilk dəfə səfər edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR