Bank Of Baku

Сənubi Koreyada MERS koronovirusundan ölənlərin sayı 24-ə çatıb

Сənubi Koreyada MERS koronovirusundan ölənlərin sayı 24-ə çatıb
# 19 iyun 2015 03:04 (UTC +04:00)

Bakı-APA. Сənubi Koreyada MERS (Yaxın Şərq Respirator Sindromu) koronovirusundan ölənlərin sayı 24-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölümcül xəstəliyə yoluxanların sayı 166 nəfərə qədər artıb.

 

MERS daşıyıcıları ilə təmasda olan 6 700 nəfər karantin altında saxlanılır.

 

Bildirilir  ki, zəifləmiş immun sistemi, xroniki ağciyər xəstəlikləri, şəkərli diabet və böyrək çatışmazlığı olan insanlar arasında xəstəliyə tutulma riski daha çoxdur.

 

Qeyd edək ki, bir çox həkimlərin Ebola virusundan da təhlükəli hesab etdiyi MERS koronovirusuna qarşı vaksin yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR