Bakı. Real Cəfərli-APA. “Suriyaya hərbi müdaxilə İsralin məhvinə gətirib çıxara bilər”. APA-nın “Təsnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general-leytenant Məhəmmədəli Cəfəri deyib. Onun sözlərinə görə, amerikalılar Əfqanıstan və İraqdakı təcrübələrindən heç bir nəticə çıxarmayıb:
“Əgər ABŞ Suriyaya hərbi müdaxilə edərsə, uğursuzluq sindromunu təkmilləşdirərək tarixi və biabırçı bir məğlubiyyətlə üzləşəcək. Suriya isə təhlükəli bir bölgəyə çevrilərək ABŞ üçün ikinci Vyetnama dönəcək”.