Bakı-APA. Səudiyyə Ərəbistanın Yəmənlə sərhəddə yerləşən Tuval kəndinə raket atılması nəticəsində 7 nəfər yaralanıb.
APA-nın Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan ikisi uşaq, 4-ü qadın, biri isə kişidir.
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanına məxsus “F-16” qırıcı təyyarə Yəmənin Sana şəhərinin ətrafında vurulub.