Bank Of Baku

Səudiyyə Ərəbistanının Yəmən ərazisindən atəşə tutulması nəticəsində 3 hərbçi ölüb

Səudiyyə Ərəbistanının Yəmən ərazisindən atəşə tutulması nəticəsində 3 hərbçi ölüb
# 01 avqust 2015 00:38 (UTC +04:00)

Bakı-APA.  Naməlum silahlılar Səudiyyə Ərəbistanı ilə Yəmənin sərhəd zonasında yerləşən Dəhran rayonu ərazisindən Səudiyyə Ərəbistanının mövqelərini raket atəşinə tutub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 3 səudiyyəli hərbçi ölüb.

 

Səudiyyə Ərəbistanı ordusu cavab atəşi ilə silahlıların raket qurğularını məhv edib.

 

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Yəmənin Saada əyaləti üsyançı husilərin dayaq məntəqəsi sayılır.

 

Xatırladaq ki, martın sonundan etibarən Səudiyyə Ərəbistanı Yəmənin prezidenti Əbd-Rəbbo Mənsur Hadiyə dəstək olaraq üsyançı husilərə qarşı hərbi əməliyyat keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR