Bank Of Baku

Seul: Pxenyan hər bir an üçüncü nüvə sınağı keçirə bilər

Seul: Pxenyan hər bir an üçüncü nüvə sınağı keçirə bilər
# 31 yanvar 2013 21:49 (UTC +04:00)

 

Bakı-APA. Cənubi Koreya Koreya Xalq Demokratik Respublikanın (KXDR) hər bir an üçüncü nüvə sınağı keçirə biləcəyindən ehtiyat edir. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə,  Cənubi Koreya prezidenti Li Men Bak təhlükə ilə bağlı ölkənin güc strukturlarının rəhbərləri ilə təcili müşavirə keçirib.   

 

Cənubi Koreyanın ekspertləri hesab edir ki, KXDR nüvə raketinin buraxılışına bütün hazırlıqları bitirib və hal-hazırda dövlət başçısı Kim Çen Inın nüvə sınağı başlanması ilə bağlı əmri gözlənilir. Cənubi Koreya hökuməti KXDR-i  şübhəli fəallıqdan uzaq olmağa çağırıb, əks təqdirdə onu “ciddi nəticələr” gözləyir.

 

Xatırladaq ki, yanvarın 13-də BMT-nin sanksiyalarına cavab olaraq KXDR nüvə potensialını artıracağı barədə bəyanat verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR