Bakı. Viktoriya Dementyeva-APA. Şimali Koreya uğurlu nüvə sınaqları keçirdiyini açıqlayıb. APA-nın məlumatına görə, dövlət informasiya agentliyi böyük partlayış gücünə malik kompakt nüvə qurğusunun uğurla sınaqdan çıxarıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreyada güclü yeraltı təkanlar qeydə alınıb. Təkanların episentri nüvə poliqonunun yerləşdiyi əraziyə düşüb. ABŞ Geoloji Xidməti təkanların gücünün 4,9 bal olduğunu açıqlayıb. Xəbərdən dərhal sonra Cənubi Koreya ordusu bir nömrəli hazırlıq vəziyyətinə gətirilib.
BMT Təhlükəsizlik Şurası bu gün bu məsələ ilə bağlı fövqəladə iclas keçirmək niyyətindədir.