Bank Of Baku

Stoltenberq: “İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək”

Stoltenberq: “İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək”
# 03 iyun 2018 01:58 (UTC +04:00)

İranla hərbi münaqişədə NATO İsrailə dəstək verməyəcək. APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

 

“NATO İsrailə təhlükəsizlik zəmanəti verə bilmir, çünki bu ölkə təşkilatın üzvü deyil. Baxmayaraq ki, İsrail Alyansın tərəfdaşıdır”, - deyə baş katib bildirib.  

 

Yens Stoltenberq həmçinin NATO-nun Yaxın Şərq münaqişəsinin nizamlanması prosesində iştirak etmədiyini qeyd edib: “Bu bizim işimiz deyil”.

 

Baş katib, NATO-ya üzv olan ölkələr arasında İranla bağlanmış nüvə sazişinə dair fikir ayrılıqlarının olduğunu etiraf edib: “Təşkilatın bütün üzvləri regionda gərginliyə səbəb olan İranın raket proqramından və Tehranın terrorçu qruplaşmalara dəstək verməsindən narahatdır”.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR