Bakı-APA. Suriya hökuməti müxalifət nümayəndələri ilə dialoqa hazırdır, lakin onların irəli sürdüyü şərtlər olmadan. APA-nın məlumatına görə, Suriyanın informasiya naziri Adnan Mahmud belə bir bəyanatla çıxış edib.
«Əgər kimsə mənə ya bu məsələni müzakirə edəcəyik, ya də mən səni öldürəcəyəm deyirsə bu artıq dialoq deyil», deyə A.Mahmud bildirib.
Daha öncə Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Mikdad müxalifətin dialoqun başlanması üçün irəli sürdüyü şərtləri rədd etmişdi. Müxalifət şərt kimi həbsxanadan 160 min dustağın və yaxud da bütün qadınların buraxılmasını irəli sürür.
Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, indiyədək münaqişədə 60 minə yaxın insan həlak olub.