Bakı. Könül Cəfərli - APA. Suriya “SCUD” raketləri ilə yanaşı, İran istehsalı olan raketlərdən istifadə edir. APA-nın məlumatına görə, bu barədə CNN telekanalı ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, Suriya bu həftə müxaliflərin nəzarəti altında olan bölgələrə ən azı iki ədəd İran istehsalı olan qısamənzilli “Fəth A-110” raketi atıb: “Yeni raketlər Suriya ordusunun ötən həftələrdə istifadə etdiyi köhnə “SCUD” raketlərindən daha güclüdür”.
Qeyd edək ki, İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bu ilin avqustunda 300 km mənzilli dördüncü nəsil “Fəth 110” raketlərinin müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqlamışdı.