Bank Of Baku

Suriya İŞİD-in Palmiradakı mövqelərinə hava zərbəsi endirib

Suriya İŞİD-in Palmiradakı mövqelərinə hava zərbəsi endirib
# 25 may 2015 23:09 (UTC +04:00)

Bakı-APA. Suriyaya məxsus hərbi təyyarələr İŞİD-in Palmira şəhərindəki mövqelərinə hava zərbəsi endirib.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatı zamanı 160 yerüstü hədəfə zərbə endirilib.

 

Hərbçilər hava hücumu nəticəsində 50-dək  terrorçunun məhv edildiyini bildirir. Terrorçulara məxsus silah-sursat anbarları məhv edilib, hərbi maşınlar  sıradan çıxarılıb.

 

Suriya Hərbi-Hava qüvvələri Palmira şəhərinə gedən yolları, həmçinin, qaz yataqlarına yaxın əraziləri bombardman ediblər.  

 

Ötən həftə İŞİD terror qruplaşmasının silahlıları qədim Palmira şəhərini ələ keçirib. Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR