Bakı. Real Cəfərli - APA. Suriya müxalifəti İranla birbaşa müzakirələr aparmaq üçün şərtini açıqlayıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Suriya Milli Koalisiyasının siyasi və media məsələləri üzrə müşaviri Fayez Sare bildirib ki, İran Bəşər Əsədi dəstəkləməkdən əl çəkəcəyi təqdirdə Suriya böhranı ilə bağlı Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransdan əvvəl İranla birbaşa müzakirə masası arxasına oturmağa hazırdırlar: “İranla ABŞ arasında münasibətlərin getdikcə yaxşılaşması və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bölgə ölkələrinə diplomatiya mexanizmi ilə Suriya böhranı siyasi yolla həllini tapa bilər”.