Bakı-APA. Suriya müxalifətinin müxtəlif qrup nümayəndələri ölkənin gələcəyinə dair danışıqlarda irəliləyiş əldə edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə görüş iştirakçılarından biri bildirib.
Onun sözlərinə görə, danışıqlarda bir çox məsələlərə dair ümumi razılığa gəlinib.
Məlum olduğu kimi, dekabrın 8-də Səudiyyə Ərəbistanında Suriya müxalifət nümayəndələrinin görüşü başlayıb. Görüşdə məqsəd rəsmi Dəməşqlə danışıqlar aparmaq üçün vahid nümayəndə heyəti formalaşdırmaqdır. Bildirilir ki, ABŞ və Rusiyanın iştirakı ilə “Suriyaya dəstək qrupunun” yeni raund diplomatik danışıqlarının perspektivləri Ər-Riyaddakı görüşün nəticələrindən asılıdır.
“Suriyaya dəstək qrupunun” növbəti toplantısının gələn həftə Nyu-Yorkda baş tutacağı planlaşdırılır.