Bakı. Könül Cəfərli - APA. Suriyada müxalifət qüvvələri tərəfindən qaçırılan 48 iranlı artıq ölkəsindədir.
APA-nın İRİB-ə istinadən məlumatına görə, onları gətirən təyyarə bu gün günorta saatlarından sonra Tehranın “Mehrabad” Hava Limanına edib.
Türkiyə və Qətərin vasitəçiliyi ilə dünən azadlığa buraxılan İran vətəndaşları gül dəstələri ilə qarşılanıb.
Qeyd edək ki, 48 iranlı 2012-ci ilin avqust ayında Suriyanın Dəməşq şəhərində qaçırılıblar.