APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Suriya hökuməti “Suriya Azadlıq Ordusu”nun girov götürdüyü 48 iranlının buraxılması müqabilində 2130 məhkumu azad etməyə razılaşıb. Razılaşma Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə olunub.
İranlı zəvvarları girov götürən silahlılar onların Suriyaya kəşfiyyat məqsədilə gəlmiş İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri olduğunu bəyan ediblər. Əsəd rejimini dəstəkləyən İran XİN isə bu iddiaları təkzib edib.