Bank Of Baku

Suriyada snayper «Əl-Cəzirə»nin müxbirini qətlə yetirib

Suriyada snayper «Əl-Cəzirə»nin müxbirini qətlə yetirib
# 18 yanvar 2013 23:45 (UTC +04:00)

Bakı-APA. Suriyanın Deraa əyalətində Qətərin «Əl-Cəzirə» telekanalının jurnalisti qətlə yetirilib.

 

 «Jurnalist Məhəmməd Hurani Deraa əyalətinin Bəsr əl-Hərir şəhərində döyüşləri çəkərkən rejimin snayperi tərəfindən öldürülüb», deyə «Əl-Cəzirə»nin məlumatında deyilir.

 

Frans Press-in məlumatına görə, telekanalda işləməzdən əvvəl Hurani Suriya müxalifətinin fəallarından olub.

 

Hurani Suriyada həftə ərzində qətlə yetirilən ikinci jurnalistdir.

 

İki-üç gün əvvəl Belçika mediası belçikalı hərbi müxbir İv Debenin Suriyada həlak olduğunu yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR