Bakı-APA. Suriyada "Suriya Azadlıq Ordusu" döyüşçüləri Dəraa şəhərinin yaxınlığında Suriya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsini vurduqlarını iddia edirlər. APA-nın “Rosbalt”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “Qürurlu Suriya” tələbə fəalları təşkilatı yayıb.
Bu xəbərin başqa mənbələrdən təsdiqi barədə məlumat hələ ki verilmir.
Həmçinin bildirilir ki, Suriya Hərbi Hava Qüvvələri Dəməşqin cənubuna zərbələr endiriblər. Nəticədə 10 dinc sakin həlak olub. Hüquq müdafiəçiləri ölənlərdən üçü qadın, altısı uşaq və bir nəfəri kişi olduğunu qeyd edirlər.