Bakı. Könül Cəfərli – APA. Suriyanın baş naziri Vaəl əl-Həlqi İranda səfərdədir. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Suriyanın baş nazirini səfərdə böyük nümayəndə heyəti müşayiət edir.
İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhiminin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində baş nazir prezident Mahmud Əhmədinejad, parlamentin sədri Əli Laricani və digər rəsmilərlə görüşəcək.
Görüşlərdə iki ölkə arasında ictimai, siyasi, iqtisadi və ticari sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq.