Bakı-APA. Suriyanın Hələb şəhərində universitetdə partlayış törədilib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, müxalifət partlayış nəticəsində ən azı 15 nəfərin öldüyünü bildirir.
İnternetdə partlayışın nəticələrini əks etdirən videoçarx yerləşdirilib. Videoda təhsil ocağında pencərələrin qırıldığı, şüşə qırığlarının küçəyə səpələndiyi əks olunub.
Müxalifətçilər qeyd edirlər ki, universitet hökumətin Hərbi-hava qüvvələrinin zərbəsinə məruz qalıb. Onlar iddia edir ki, döyüş təyyarələri təhsil müəssisəsinə iki bomba atıblar.
Suriya hökuməti partlayışın üsyançılar tərəfindən törədildiyini bəyan edir.