Bank Of Baku

Suriyanın Hələb universitetində partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb

Suriyanın Hələb universitetində partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb
# 15 yanvar 2013 19:10 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hələb universitetində törədilən partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Suriyanın “SANA” dövlət telekanalının yaydığı məlumatda bildirilir ki, üsyançılar universitetin binasına 2 reaktiv mərmi atıblar.  Suriya televiziyasının yaydığı kadrlarda partlayış nəticəsində binanın üç aşağı mərtəbəsində divarların uçduğu əks olunub. 

 

Müxalifətçilər, öz növbəsində qeyd edirlər ki,  universitet  hökumətin Hərbi-Hava qüvvələrinin zərbəsinə məruz qalıb.

 

Onlar iddia edir ki, döyüş təyyarələri təhsil müəssisəsinə iki bomba atıblar. 

 

Xatırladaq ki, bundan əvvəl partlayış nəticəsində 15 nəfərin öldüyü bildirilirdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR