Tailandın şimalında ağır yol qəzası baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Çianqray əyalətində qeydə alınıb.
Məlumata əsasən, əvvəl sement daşıyan yük maşını ilə mikroavtobus toqquşub. Arxadan gələn iki minik avtomobili isə mikroavtobusa çırpılıb. Qəza nəticəsində yük maşınının sürücüsü və mikroavtobusda olan 8 nəfər hadisə yerində ölüb. Minik avtomobillərində olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri açıqlanmır.