Bank Of Baku

Taliban terrorçularının girov götürdüyü hərbiçilərin meyitləri tapılıb

Taliban terrorçularının girov götürdüyü hərbiçilərin meyitləri tapılıb
# 29 dekabr 2012 23:12 (UTC +04:00)

Bakı-APA. Taliban terrorçularının Pakistanın şimal-qərbində girov  götürdüyü 21 hərbiçinin meyitləri tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyətin nümayəndəsi Naved Əkbər bildirib. O deyib ki, 21 hərbiçi güllələnərək öldürülüb.

Qeyd edək ki, dekabrın 27-də Taliban silahlıları nəzarət-keçid məntəqəsinə hücum edərək 22 hərbiçini girov götürüblər.

Bəzi mənbələrdə bildirilirdi ki, 30 hərbiçi oğurlanıb.

Pakistanda fəaliyyət göstərən, ekstremist “Təhriki-e-Taliban” təşkilatı İslamabaddan Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etməməyi və ölkə konstitusiyasını şəriət qaydalarına uyğun dəyişməyi tələb edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR