Bank Of Baku

Təbrizdə iki azərbaycanlı qardaş həbs edilib

Təbrizdə iki azərbaycanlı qardaş həbs edilib
# 08 iyul 2013 06:37 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Təbriz şəhərində iki azərbaycanlı həbs edilib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu barədə İranın Kiber Polis İdarəsinin (FETA) rəsmisi Məhəmməd Qasımlu açıqlama verib. Onun sözlərinə görə, həmin şəxslər qardaşdır və onlar internet üzərindən film satışı ilə məşğul olduqlarına görə tutulublar: “Qardaşlar internet vasitəsilə qadağan olunmuş filmləri satırmışlar. Fakt kiberpolislərin araşdırmasından sonra ortaya çıxıb və onlar tərəfimizdən iyulun 6-də həbs ediliblər. Evdə axtarış aparılıb, nəticədə içərisində filmlər olan 6 ədəd Hard eksternal diski və CD-lər tapılıb. Eyni zamanda qardaşların 4 vebsayt açdıqları və həmin saytlarda filmləri reklam edərək satdıqları məlum olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR