Bank Of Baku

Tehran Universitetinin alimi: “Urmiyaya axan çayların üzərində tikilən hündür bəndlər gölün qurumasına səbəb olur”

Tehran Universitetinin alimi: “Urmiyaya axan çayların üzərində tikilən hündür bəndlər gölün qurumasına səbəb olur”
# 26 yanvar 2013 23:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Urmiya gölünə axan çayların üzərində tikilən 36  bənd gölün qurumasına səbəb olur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Tehran Universitetinin müəllimi, ekologiya elmləri doktoru İsmayil Kəhrum Kaşan şəhərində ərtaf mühitin mühafizəsinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Kərxə məntəqəsində tikilən bəndin hündürlüyü 170 metrdir: “Halbuki,  Türkiyədə çayların üzərində 15 metrdən hündür bənd tikmək qadağandır. Nəticə isə göz qabağındadır. Urmiyadan 150 km uzaqlıqda yerləşən Van gölü olduğu kimi qalır, Urmiya isə susuzdur. Bu göldə su olduğu zamanlar orada 40 min flaminqo yaşayırdı. Vaxtı ilə 20 mert dərinliyi olan Urmiya o qədər quruyub ki, kimsə ayağına 20 sm-lik çəkmə geyinib gölün içində başdan ayağa gəzə bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR