Bank Of Baku

Tokio Əlcəzairdən neft bazasında aparılan əməliyyatın dayandırılmasını tələb edib

Tokio Əlcəzairdən neft bazasında aparılan əməliyyatın dayandırılmasını tələb edib
# 17 yanvar 2013 21:27 (UTC +04:00)

Bakı-APA. Yaponiya Əlcəzairdən islamçı silahlılar tərəfindən girov götürülmüş şəxsləri  azad etmək məqsədi ilə həyata keçirilən hərbi əməliyyatı dərhal dayandırılmasını tələb edib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, rəsmi Tokio tələbini girov götürülmüş insanların həyatlarına böyük riskin olması ilə əsaslandırıb.   

 

 

Əlcəzair KİV-lərin məlumatına görə, hökumət qüvvələrinin keçirdiyi əməliyyat zamanı ən azı 34 girov və 14 silahlı ölüb.  

 

 

Böyük Britaniyanın baş naziri Devid Kemeron Əlcəzairin hərbi əməliyyata beynəlxalq ictimaiyyəti xəbərdar etmədən başladığına təəccübünü bildirib.  

 

 

Ağ Evin mətbuat katibliyi Əlcəzair hökumətinə ölənlərin şəxsiyyətini müəyyən olunması ilə bağlı sorğu göndərib.  

 

 

Silahlılar, öz növbəsində, 40-dan çox xarici vətəndaşı girov götürdüklərini bəyan edirlər. Girov götürülənlər arasında ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya və Norveç vətəndaşlarının olduğu bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR