Bakı. Məlahət Nəcəfova - APA. Dini müxalifət liderinin öldürülməsi səbəbindən Tunisdə yaranmış siyasi böhran dərinləşib.
APA-nın məlumatına görə, buna etiraz olaraq keçirilən aksiya zamanı yüzlərlə tunisli küçələrə çıxıb. Asayiş qüvvələri ilə baş verən toqquşma zamanı bir polis həyatını itirib.
Dörd müxalifət partiyası parlamentdə öz fəaliyyətlərini dayanmadırmaq barədə bəyanat verib və xalqı kütləvi nümayişlərə çağırıb. Ölkənin baş naziri Hamidi Cabeyli “ərəb baharı”nın yenidən təkrarlanacağından çəkinərək, tərkibində daha çox loyal islamçıların olduğu Nazirlər Kabinetini buraxıb. O, partiyasız teokratlardan ibarət müvəqqəti hökumətin qurulacağına və qısa zamanda parlament seçkiləri keçiriləcəyinə söz verib.
Qeyd edək ki, müxalifətçi Şükrü Belaid dünən səhər evinin qarşısında güllələnib.