Bank Of Baku

Türkiyə hava məkanını pozduğu üçün vurulan hərbi təyyarənin Rusiyaya məxsus olduğu açıqlanıb

Türkiyə hava məkanını pozduğu üçün vurulan  hərbi təyyarənin Rusiyaya məxsus olduğu açıqlanıb
# 24 noyabr 2015 09:50 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkiyə hava məkanın pozduğu üçün vurulan hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu aydınlaşıb.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Cumhurbaşqanlığı (Prezident Aparatı) hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlayıb. Vurulan təyyarənin "Su-24" tipli hərbi təyyarə olduğu bildirilib.

 

Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Təyyarə Suriya ərazisinə düşüb. İki pilot katapult edərək xilas olub.

 

Əlavə edək ki, bu il oktyabrın 16-da Türkiyə hava sərhədini pozan pilotsuz uçuş aparatı Türkiyə təyyarələri tərəfindən vurulub. Aparatın Rusiya istehsalı olduğu açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR