Bank Of Baku

Türkiyə və ABŞ xarici işlər nazirləri İranın nüvə proqramını müzakirə ediblər

Türkiyə və ABŞ xarici işlər nazirləri İranın nüvə proqramını müzakirə ediblər
# 30 noyabr 2013 22:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə İranın nüvə proqramı və Suriya böhranı əsas müzakirə mövzusu olub. ABŞ dövlət katibi Cenevrə razılaşmasına uyğun olaraq İranın nüvə proqramı ilə bağlı qarşıdakı altı ay ərzində atılması nəzərdə tutulan addımlar barədə türkiyəli həmkarına məlumat verib. Türkiyənin xarici işlər naziri də İrana son səfəri ilə bağlı amerikalı həmkarını məlumatlandırıb. Əhməd Davudoğlu C.Kerrini Cenevrə razılaşmasının əldə olunmasına görə təbrik edərək bununla bağlı ölkəsinin hər cür yardım göstərməyə hazır olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR