Bank Of Baku

Üsyançılar Suriyanın şimalında iri helikopter bazasını ələ keçiriblər

Üsyançılar Suriyanın şimalında iri helikopter bazasını ələ keçiriblər
# 09 yanvar 2013 22:03 (UTC +04:00)

 

Bakı-APA. Suriya üsyançıları bir neçə gün davam edən şiddətli döyüşlər nəticəsində İdlib şəhərinin 15 km şimal-şərqində yerləşən Suriya Hərbi-Hava Qüvvələrinin “Taftanaz” helikopter bazasının ərazisinə girməyə müvəffəq olublar.  APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Youtube servisində yerləşdirilmiş videoçarxda aydın görünür ki, silahlı müxalifətçilər bazanın yarıdan çox hissəsinə nəzarət edirlər. Atışmanın davam etməsinə baxmayaraq, bazanın bu şəraitdə normal fəaliyyəti tamamilə istisna olunur və helikopterlərin havaya qalxması qeyri-mümkün sayılır.  

 

Üsyançıların sözlərinə görə, həmlə zamanı onlar əvvəllər ələ keçirdikləri zenit pulemyotlarından, artilleriya qurğularından və tanklardan istifadə ediblər. Döyüş zamanı itkilər barədə məlumat verilmir.  

 

Son günlər müxalifət ölkənin şimalında Hərbi-Hava Qüvvələrinin obyektlərinə qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib, nəticədə hökumət döyüş aviasiyasının bu regionda uçuşlarını dayandırmalı olub.

 

Üsyançıların “Taftanaz”dakı uğuru bu mənada daha əhəmiyyətli sayılır, çünki bu bazanın helikopterləri üç istiqamətdə nəzarəti həyata keçirirdilər: İdlib, Ham və Hələb istiqamətlərində. Bundan başqa, “Taftanaz” bazası havadan yaxın ərazilərdə dislokasiya olunmuş hökumət qüvvələrinin təchizatını təmin edirdi, çünki yerüstü yollar çoxdan üsyançıların nəzarəti altındadır.   

 

Rəsmi Dəməşq bu fakta, hələ ki, şərh vermir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR