Bank Of Baku

Xəlil əl-Casim: “İran prezidentini harda görsəm, yenə də ayaqqabı atacağam”

Xəlil əl-Casim: “İran prezidentini harda görsəm, yenə də ayaqqabı atacağam”
# 07 fevral 2013 12:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA.  “İran prezidenti Mahmud Əhmədinejadı yenə də görsəm, ona ayaqqabı ataram”. APA-nın məlumatına görə, bunu Misirin paytaxtı Qahirədə M.Əhmədinejada ayaqqabı atan suriyalı gənc deyib.

 

Xəlil əl-Casim  bildirib ki, İran hökuməti Suriya hakimiyyətini dəstəklədiyi üçün belə bir hərəkət edib: “Hələ az etmişəm. Dünyanın harasında olursa-olsun, İran prezidentini yenə görsəm, ona ayaqqabı atacağam. Bütün despot liderlərin ayaqqabıya qarşı kompleksləri var. Bu səbəbdən mən də etirazımı ayaqqabı atmaqla bildirdim. Evliyəm və 3 övladım var. 9 aydır Suriyadakı ailəmi görə bilmirəm. Çox çalışdım, amma sənədlərini hazırlayıb Misirə gətirə bilmədim”.

 

Qeyd edək ki, Misirə ilahiyyat təhsili almaq üçün gələn Xəlil əl-Casim fevralın 6-da məsciddən çıxan M.Əhmədinejada 3 metrə qədər yaxınlaşıb, “qardaşlarımızı öldürdünüz” deyərək ona ayaqqabı atıb. Lakin ayaqqabı İran prezidentinə deyil, yanındakı mühafizəçiyə dəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR