Bakı. Türbət Bağırova - APA. Rəsmi Tokio ABŞ-dan “Wikileaks” portalında yerləşdirilmiş məlumatlarla bağlı izahat verməyi tələb edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa mətbuat konfransında bildirib.
Y. Suqa bildirib ki, bu məlumatlar təsdiqini tapsa, bu, iki ölkə arasındakı müttəfiqliyə xələl gətirə bilər.
Xatırladaq ki, ötən həftə “Wikileaks” ABŞ Milli Təhlükəsizlik Agentliyinin Yaponiya baş naziri Sindzo Abe, hökumət üzvləri, habelə “Mitsubishi” şirkətinin aparıcı mütəxəssislərinin telefon danışıqlarını dinlədiyi barədə məlumat yayıb.