Bank Of Baku

Yaponiyada 9 nəfər anomal istilərin qurbanı olub

Yaponiyada 9 nəfər anomal istilərin qurbanı olub
# 11 iyul 2013 17:35 (UTC +04:00)

Bakı-APA. Yaponiyada artıq 5 gündür davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli NHK telekanalı məlumat yayıb. Məlumata görə, ölənlərdən 8 nəfəri 60-80 yaşında olub, onların evlərinin  kondisionerlə təchiz olmadığı qeyd olunur.  

 

Bundan başqa, 1 200-dək insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

 

Həkimlər insanları anomal istilərlə bağlı ehtiyatlı olmağa çağırır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR