Bakı-APA. Yaponiyanın Hokkaydo adasında 6,9 bal gücündə zəlzələ olub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 23.17-də Kusiro şəhərindən 109 km qərbdə qeydə alınıb. Yeraltı təkanların episentri 120 kilometr dərinlikdə olub.
“RİA Novosti”nin məlumatına görə, zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb, dəyən ziyanın məbləği müəyyənləşdirilir.
Zəlzələ nəticəsində adanın əsas dəmiryolu xətlərində qatarların hərəkatı dayandırılıb. Həmçinin əhəmiyyətli magistrallarda da avtomobillərin hərəkəti dayandırılıb.
Sunami təhlükəsi elan olunmayıb.