Bank Of Baku

Yəməndə dünya rekordçusu məşhur boksçu Əli Raymi hava hücumu nəticəsində həlak olub

Yəməndə dünya rekordçusu məşhur boksçu Əli Raymi hava hücumu nəticəsində həlak olub
# 29 may 2015 01:51 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə idmançının meneceri Feliks Arno bildirib.  

 

Məlumata görə, 41 yaşlı boksçu mayın 23-də ərəb ölkələri koalisiyasının paytaxt Sanaya endirdiyi hava zərbələri nəticəsində ölüb.  

 

Əli Raymi keçirdiyi 25 döyüşün hamısında nokautla qələbə qazanıb. O, keçirdiyi 25 görüşdən 21-də qələbəni birinci raundda qazanıb və bu göstəriciyə görə “Ginnes” dünya rekordlar kitabına  daxil edilib. Qeyd edək ki, Rayminin  rəqiblərinin karyerasında onunla görüşənədək bir dəfə də oldun məğlubiyyət olmayıb.

 

İdmançı Ümumdünya Boks Assosiasiyasının reytinqində 6-cı, Ümumdünya Boks Təşkilatının  reytinqində isə 8-ci pillədə olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR