Bank Of Baku

Yəməndə törədilən terror aktında 9 hərbçi ölüb

Yəməndə törədilən terror aktında 9 hərbçi ölüb
# 31 iyul 2015 23:18 (UTC +04:00)

Bakı-APA. Yəmənin cənub-şərqində terror aktı baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze avtomobillə nəzarət-keçid məntəqəsinə daxil olduqdan sonra güclü partlayış baş verib.

 

İnsident Hadramaut əyalətindəki Koton şəhəri yaxınlığında qeydə alınıb. Məlum olduğu kimi, əyalətdə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının özəyi fəaliyyət göstərir.

 

Lakin hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR