Bank Of Baku

Yeni Kaledoniyada sunami təhlükəsi ləğv olunub - YENİLƏNİB-2

Yeni Kaledoniyada sunami təhlükəsi ləğv olunub - <span style="color: red;">YENİLƏNİB-2
# 20 noyabr 2017 03:26 (UTC +04:00)

Yeni Kaledoniya hökuməti güclü zəlzələdən sonra sunami təhlükəsini ləğv edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlardan sonra dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, sutka ərzində Yeni Kaledoniya sahillərində üç güclü zəlzələ qeydə alınıb. Sunami təhlükəsi noyabrın 20-ə keçən gecə, 7,2 ballıq zəlzələdən sonra elan edilmişdi.

 

***

 

04:34

 

Yeni Kaledoniyada hökumət sunami təhlükəsi ilə əlaqədar təxliyə elan edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sakit okean Sunamidən xəbərdarlıq mərkəzindən (PTWC) bildirilib ki, Yeni Kaledoniya sahillərində dalğaların hündürlüyü 1 metrə çata bilər.

 

Qeyd edək ki, sutka ərzində Yeni Kaledoniya sahillərində üç güclü zəlzələ qeydə alınıb.

 

***

 

03:04

 

Fransaya məxsus olan və Sakit okeanda yerləşən Yeni Kaledoniya adası sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Tadin şəhərindən 97 km şərqdə, ocağı 5 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, ötən gün Yeni Kaledoniya sahillərində 6,7 və 6,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

 

***

 

20:34

 

Fransaya məxsus olan və Sakit okeanda yerləşən Yeni Kaledoniya adası sahillərində  6,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Tadin şəhərindən 67 km şərqdə, ocağı 20 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09.35 radələrində Yeni Kaledoniya sahillərində 6,7 maqntudalı zəlzələ baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR